
Bu ilin yanvar-aprel aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi 270,8 milyon manat təşkil edib.
İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 89,8% çoxdur.
Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 170,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,1%-ini təşkil edib.