“Xiaomi” “SU7 Ultra” modelinə çox güvənir

Elektrikli avtomobil bazarına təsirli bir giriş edən “Xiaomi”, yeni “SU7 Ultra” modeli ilə bu uğuru qalıcı etmək istəyir.

İndex.az xəbər verir ki, baş verən hadisələr şirkətin “SU7 Ultra”dan gözləntilərinin yüksək olduğunu göstərir.

“SU7 Ultra” fevralın 27-də təqdim olunacaq və tədbir saat 19:00-da başlayacaq.

Keçən ilin oktyabr ayında təqdim edilən model 112.330 dollar başlanğıc qiyməti ilə ön sifariş üçün hazır idi və qısa müddətdə 3 min 680 ön sifariş alaraq böyük marağa səbəb olub