
Avtomobil sahibləri avtomobillərinin dəyərinin həmişəlik artmasını istəyirlər, lakin həyatın reallıqları belə deyil. Neçə kilometrdən sonra avtomobilin dəyəri azalmağa başlayır?
İndex.az xəbər verir ki, Londonda yerləşən bir avtomobil satış platforması, ikinci əl avtomobillərin dəyərini araşdırdı.
İstənilən avtomobilin dəyəri qarajdan çıxan kimi dərhal aşağı düşsə də, odometr 16.000 kilometr qət etdikdən sonra ilk böyük zərbəni alır. Bu məsafədən sonra avtomobilin dəyəri təxminən yüzdə 22 azalır.