“Bank Respublika” işçilər axtarır – VAKANSİYALAR

Bank Respublika ASC

Sistem analitiki (İT biznes analitik)

Son tarix 24 mar 2025 – Müraciət et

Təsvir

  • Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
  • Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Daxili hesabatların hazırlanması və onların təhlili.

Tələblər

  • Ali təhsil;
  • Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • BPMN bilikləri;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
  • Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
  • SQL bilikləri arzuolunandır;
  • API baza bilikləri arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
  • Stressə davamlı, çalışqan və ünsiyyətçil;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Vakansiya haqqında

  • Vakansiya növü – Tam ştat
  • Təcrübə – 1-2 il
  • Təhsil – Bakalavr

Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

 Son tarix 24 mar 2025 Müraciət et

Təsvir

  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması
  • Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
  • Risk nəzarət matrisinin hazırlanması və dövri olaraq yenilənməsi;
  • Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
  • Bankdaxili normativ sənədlərin, məhsul və xidmət passportlarının, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  • Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  • Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi

Tələblər

  • Ali təhsil(Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Risklərin (xüsusilə əməliyyat riskləri) idarəedilməsi üzrə sertifikatların olmasına üstünlük verilir;
  • Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
  • Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla, Rus və İngilis dilləri – yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komanda və insanlar ilə işləmək bacarıqları;
  • Məsuliyyət və detallara qarşı diqqət.

Vakansiya haqqında

  • Son tarix mart 9, 2025
  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr