“Tesla”nın Avropadakı satışları 45% azalıb

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar ayı üçün Avropa ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Index.az xəbər verir ki, məlumatlara görə, amerikalı milyarder İlon Maska məxsus “Tesla” şirkətinin avtomobil satışları Avropa ölkələrində əhəmiyyətli dərəcədə azalıb.

Keçən ilin yanvar ayında cəmi 18 min 161 ədəd olan “Tesla” satışları, bu ilin eyni dövründə yüzdə 45,2 azalaraq 9 min 945 ədəd oldu.

Bazar dəyəri 1 trilyon dolları aşan qlobal avtomobil sənayesindəki digər böyük şirkətlərin ümumi dəyərinə çatan “Tesla”nın Avropa ölkələrində satışları son zamanlar azalmaqdadır.