“Aztelekom”a işçilər tələb olunur

Aztelekom

Korporativ şəbəkə və telefoniya sektorunun mütəxəssisi

Son tarix 21 mar 2025 – Müraciət et

Təsvir

  • Şəbəkənin işinin daimi monitorinqi, analitikasinın izləməsi və problemlərin aradan qaldırması
  • Insidentlərin aşkar edilməsi və qarşısının alınması
  • Fərqli mənbələrdən gələn məlumatların analiz edilməsi
  • İnsidentlərin prioritetinin müəyyənləşdirilməsi
  • Mütəmadi olaraq şəbəkə üzrə trafikə nəzarət edilməlidir
  • Firewall, WAF, DDoS Detectors və s. alətlər vasitəsilə informasiya təhlükəsizliyi təşklinə nəzarət
  • Yeni şəbəkə texnologiyaları və trendləri haqqında məlumat əldə etmə və tətbiq etmə
  • Mövcud ve yeni qoşulan avadanlıqlarının monitorinq mərkəzində qeydiyyatının aparılmasına nəzarət etməlidir

Tələblər

  • Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək
  • Müxtəlif şəbəkə avadanlıqları ilə iş təcrübəsi (Cisco, Juniper, Huawei, Mikrotik)
  • İnfrastruktur servislərinin (AD, DNS, DHCP, virtualizasiya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər
  • Şəbəkə kommunikasiya protokollarını, Ethernet/IP texnologiyaları əsasında kommutasiya edilmiş və marşrutlaşdırılmış rabitə şəbəkələrinin iş prinsiplərini üzrə biliklər
  • Şəbəkə Təhlükəsizliyi sistemləri ilə tanış olmaqı – NGFW(FortiNET, PaloAlto, netscout ve s.), DDoS Detectors
  • Logların idarə edilməsi,təhlili və təhlükəsizlik insidentlərinin nəzərdən keçirilməsi təcrübəsi
  • Şəbəkə texnologiyaları (WAN, SD-WAN, LAN, VPN, Wi-Fi, HopSpot, VoIP və s.) üzrə təcrübə
  • Wi-Fi standartları (802.11a/b/g/n/ac/ax) və simsiz şəbəkələrdə istifadə olunan aparat və proqram təminatı haqqında anlayışı (AP, Wireless Access Controller ve s.)
  • VoIP Asterisk, Yealink\Yeastar və bu kimi telefoniya sistemləri üzrə biliklər
  • Rabitə şəbəkələrinin iş prinsipləri və arxitekturasının tətbiqi üzrə bilik və təcrübə
  • Analitik düşüncəyə sahib olma
  • İnformasiya texnologiyaları sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı

Vakansiya haqqında

  • Son tarix aprel 2, 2025
  • Vakansiya növü Tam ştat

ERP və biznes prosesləri üzrə menecer

 Son tarix 21 mar 2025 Müraciət et

Təsvir

  • SAP modullarına və standartlarına hakim olmaq, SAP sistemlərinin funksionallığını və tətbiqini yaxşı başa düşmək.
  • SAP layihələrinin bütün mərhələlərində, planlaşdırmadan həyata keçirilməyə qədər olan bütün proseslərdə iştirak etmək.
  • Layihənin büdcəsini izləmək, resursların düzgün istifadəsini təmin etmək və maliyyə resurslarının effektiv idarə olunması.
  • Biznesin ehtiyaclarını qarşılamaq və səmərəliliyini artırmaq üçün yenilikçi həllər irəli sürmək və strateji məqsədlərə uyğun yeni texnologiyalar tətbiq edərək prosesləri optimallaşdırmaq.
  • Şirkətin sahib olduğu SAP tətbiq və infrastrukturunu nəzərə alaraq, gərəkli proseslərin incələnərək sənədləşdirilməsi.
  • Biznes prosesinin təkmilləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi mərhələləri ilə bağlı bütün aspektlərə nəzarət edilməsi.
  • Təşkilatda mövcud olan hər hansı prosesin xəritəsini hazırlanması və biznes prosesini təkmilləşdirmək üçün yenilərinin tərtib edilməsi.
  • ERP tələblərini müəyyən etmək üçün biznes bölmələri ilə məsləhətləşmək.
  • ERP proqram/proqramlarının quraşdırılması və inteqrasiyası.
  • Düzgün biznes həlləri və dəqiq nəticələrlə təmin etmək üçün ERP sisteminin yenilənməsi və idarə edilməsi.
  • SAP sisteminə nəzarəti həyata keçirmək və uyğunsuzluqları vaxtı vaxtında rəhbər heyətlə bölüşmək.
  • Xarici məsləhətçilərlə sıx əlaqəda olmaq və sistemdə ehtiyac olan dəyişiliklərin düzgün və vaxtında icrasını həyata keçirmək.
  • Mühasibatlıq və Hesabatlılıq şöbəsi tərəfindən tələb olunan hesabatların hazırlanması.
  • Hesabatlılıq üzrə avtomatlaşdırma işlərinin həyata keçirilməsi.
  • MM, Fİ və HR Modullarının funksiyanallığına və online rejimdə işləməsinə nəzarət edilməsi.
  • Yeni modulların ( CO, FM və.s) tətbiqinə tələb olan ehtiyacların müəyyən olunması və ehtiyac olduqda tətbiqə başlanılması.

Tələblər

  • Ali təhsil (Biznes administrasiyası, İT və ya Maliyyə sahəsi üzrə).
  • SAP layihələrinin tətbiqində ən az 3 il iş təcrübəsi, SAP sistemlərinin tətbiqi və idarə edilməsi sahəsində geniş bilik və bacarıqlara sahib olmaq.
  • Komanda ilə effektiv işləmə, tapşırıqları düzgün planlaşdırma, hesabatlar hazırlama və təyin edilmiş deadline-lara riayət etmə bacarıqları.
  • Tərəfdaşlarla mükəmməl ünsiyyət qurma bacarığı, layihə ilə bağlı məlumatları aydın və dəqiq çatdırmaq.
  • Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı.
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır).
  • Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır.
  • Analitik düşünmə qabiliyyəti.
  • Problemi həll etmək bacarığı.
  • Struktur bölmələri ilə əməkdaşlıq etmə bacarığı.
  • Müasir texnologiyalar və trendlərdən xəbərdar olmalı.

Vakansiya haqqında

  • Son tarix mart 15, 2025
  • Vakansiya növü Tam ştat

Hüquqşünas (Şirvan)

 Son tarix 21 mar 2025 – Müraciət et

Təsvir

  • Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda daxili normativ sənədlərə əsasən və yenilikləri nəzərə almaqla aparmaq.
  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək.
  • Səlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) qaydaların, prosedurların və digər daxili normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək.
  • Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək.
  • İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək.
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
  • Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının müdafiəsini təmin etmək.
  • İddia ərizələri, vəsatətlər və apelyasiya şikayətləri hazırlamaq.
  • Şirkətə ziyan dəyməsi hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək.
  • Vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək.
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Ali hüquq təhsili;
  • Hüquqi mübahisələr sahəsində minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq.
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək.
  • İşgüzar yazışma əsaslarını bilmək.
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək.
  • Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək.
  • Azərbaycan dilini sərbəst bilmək (ingilis və rus dili arzuolunandır).