“OBA marketlər şəbəkəsi”nə işçilər axtarılır

OBA marketlər şəbəkəsi

Maliyyə üzrə Aparıcı Analitik

Son tarix 21 mar 2025 – Cv@oba.az

  Vəzifə öhdəlikləri

  • Statistik datanı sistem üzərindən yığmaq,müvafiq hesabatlar hazırlamaq,təhlil edilməsini həyata keçirmək;
  • Logistik proseslərin optimallaşdırılması üzrə təklifləri hazırlayıb məsul şəxslərə bildirmək
  • Faktiki prosesləri təhlil etmək və proseslərdə aşkar olunan uyğunsuzluqları məsul şəxlərə bildirmək
  • Nəqliyyat proseslərinin optimallaşdırılması üzrə təklifləri hazırlayıb məsul şəxslərə bildirmək
  • Nəqliyyat məlumatlarının təhlili və xərclər üzrə tədqiqatlar aparmaq
  • Nəqliyyat vasitələri və sürücülərin KPİ-larını hazırlamaq
  • Nəqliyyat təhlili üçün ölçülərin hazırlanmasını həyata keçırmək
  • Müxtəlif nəqliyyat siyasətlərinin,investisiyaların və ssenarilarin təsirlərinin qiymətləndirilmək və proqnozlaşdırma üsullarını hazırlamaq və istifadə etmək ;

  Namizədə dair tələblər

  • Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü);
  • İş təcrübəsi: Maliyyə analitikası sahəsində ən az 2 il;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • Power BI  bilikləri üstünlükdür;
  • Operativlik, dəqiqlik, nəticə yönümlülük;
  • Problemi həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə üzrə Aparıcı Analitik” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Satınalma Müdiri (Qeyri-qida idxal)

 Son tarix 19 mar 2025 –  – Cv@oba.az

Vəzifə öhdəlikləri:

Xarici bazarlarda məhsul və tədarükçü araşdırması aparmaq, qiymət və keyfiyyət uyğunluğunu dəyərləndirmək, maliyyə hesablamaları həyata keçirmək.

  • Rəqiblərin qiymət strategiyasını təhlil etmək və bazar trendlərinə uyğun analiz aparmaq.
  • Xarici tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq, optimal tədarük şərtlərini təmin etmək.
  • Müqavilə şərtlərini təyin etmək və qiymət razılaşmalarını idarə etmək, kommersiya şərtlərinin optimallaşdırılmasını təmin etmək.
  • Günlük və aylıq satış və qazanc göstəricilərini təhlil etmək, keçmiş dövrlərlə müqayisə aparmaq.
  • Pareto analizi və çeşid optimizasiyasını aparmaq, depo və mağaza stoklarını səmərəli idarə etmək.
  • Alt kateqoriyalar üzrə satış planlaması həyata keçirmək və tədarükçü qazanc faizlərini təhlil etmək.
  • İdxal proseslərini idarə etmək və gömrük tələblərinə uyğunluğu təmin etmək.
  • Təchizat proqramları və analitik alətlərdən istifadə edərək satınalma proseslərini optimallaşdırmaq.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta səviyyədə)
  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel – yüksək səviyyədə)
  • Tədarük proqramları və analitik alətlərlə işləmək bacarığı
  • Maliyyə və müqavilə danışıqlarının aparılması üzrə təcrübə

Əlavə təminatlar:

  • Nahar;
  • Servis xidməti;
  • Korporativ nömrə

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma Müdiri (Qeyri-qida idxal)” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.