Mərkəzi Bank işçilər axtarır – VAKANSİYALAR

Azərbaycan Respublikasının Mərkəzi Bankı

İqtisadçı (Maliyyə sabitliyinin təhlili üzrə)

Son tarix 18 mar 2025 – Müraciət et

Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti, Maliyyə sabitliyinin təhlili şöbəsi

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
  • Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılmasında iştirak;
  • Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılmasında iştirak;
  • Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsində iştirak;
  • Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
  • Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
  • Maliyyə sabitliyi hesabatı və digər analitik hesabatların hazırlanmasında iştirak;

Texniki biliklər

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Makroiqtisadiyyat – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
  • Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 2 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə/biznesin idarəedilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
  • Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər  peşəkar sertifikatlar üstünlükdür.

Maliyyə texnologiyaları və innovasiyalar departamenti Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsi – Böyük mütəxəssis

 Son tarix 11 mar 2025 Müraciət et

Əsas vəzifə funksiyaları:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsində iştirak edir;
  • Xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin baxılması və qiymətləndirilməsi prosesində iştirak edir;
  • Xüsusi tənzimləmə rejimində iştirakına razılıq verilmiş ərizəçi ilə müqavilənin bağlanması işini təşkil edir;
  • Xüsusi tənzimləmə rejimi iştirakçılarının reyestrini aparır;
  • Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müqavilədən irəli gələrək xüsusi tənzimləmə rejimi iştirakçısı tərəfindən sınağın həyata keçirilməsinə nəzarət edir;
  • Müvafiq sahə üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri arasında fəaliyyətin koordinasiyasına, həmçinin fəaliyyətin effektiv təşkilinə və idarə edilməsinə nəzarət edir;
  • Xüsusi tənzimləmə rejiminin tətbiqi, fəaliyyəti və koordinasiyası üzrə bütün maraqlı tərəflərin məlumatlandırılmasını və davamlı olaraq təlimatlandırılmasını təmin edir;
  • Xüsusi tənzimləmə rejiminin tətbiq dairəsinin genişləndirilməsi, effektivliyinin artırılması məqsədilə xüsusi tənzimləmə rejiminin, habelə maliyyə bazarlarının iştirakçıları ilə mütəmadi olaraq görüşlər keçirir;
  • Qabaqcıl təcrübəyə əsasən xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlayır;
  • Xüsusi tənzimləmə rejiminin tətbiqini və davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyəti təmin edir;
  • Xüsusi tənzimləmə rejimi üzrə fəaliyyət barədə hesabatları hazırlayır;
  • Xüsusi tənzimləmə rejimində sınağın nəticəsi uğurlu olduğu təqdirdə sınaqdan keçmiş innovativ xidmət və məhsul üzrə normativ hüquqi aktın hazırlanması barədə təklif verir və layihənin hazırlanmasında iştirak edir;
  • İnnovativ maliyyə xidmət və məhsulların tənzimlənməsi istiqamətində normativ hüquqi aktın hazırlanması barədə təklif verir və layihənin hazırlanmasında iştirak edir;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Tələb olunan biliklər və bacarıqlar:

  • Komandada işləmə
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma bacarığı
  • Analitik təhlil etmə
  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Digər:

  • Dil bilikləri – Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır)
  • Təcrübə – Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Təhsil – Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat, Hüquq)
  • Kompüter bacarıqları – MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətlər

İqtisadçı (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə)

 Son tarix 18 mar 2025 Müraciət et

Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti, Makro-maliyyə risklərinin modelləşdirilməsi şöbəsi

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
  • Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
  • Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
  • Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
  • Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;

Texniki biliklər

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Risk təhlili – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
  • Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 2 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə/biznesin idarəedilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel); Ekonometrik və statistik paketlər (Eviews, Stata, R və s.);
  • Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər  peşəkar sertifikatlar üstünlükdür.