Türkiyəli nazir: Ukrayna ilə ticarətin həcmini 10 milyard dollara çatdırmaq niyyətindəyik

Türkiyə və Ukrayna ikitərəfli ticarətin həcmini 6,2 milyard dollardan 10 milyard dollara çatdırmaq niyyətindədir.

İndex.az yerli KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat sosial şəbəkələrdə məlumat yayıb.

O, həmçinin qeyd edib ki, tərəflər əməkdaşlıq sahələrini şaxələndirməyi planlaşdırırlar.