AZAL-a işçi axtarılır

Azerbaijan Airlines

İqtisadiyyat İdarəsi/Qiymətin əmələ gəlməsi,Tarif və Rentabellik şöbəsi/Aparıcı İqtisadçı

Son tarix 15 mar 2025 – Müraciət et

Təsvir:

  • Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərinin hesablanması və yoxlanılması;
  • Qiymətlərinin monitorinqinin mütəmadi həyata keçirilməsi və dəyişikliklərə çevik reaksiya verilməsi;
  • Maddi, əmək və maliyyə vəsaitlərinin minimal sərfi ilə rentabellik səviyyəsinin artırılmasının təmin edilməsi məqsədilə tədbirlər planının hazırlanması və təkliflərin verilməsi;
  • Cəmiyyətin bütün fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanması;
  • Tariflərin müəyyən edilməsi üçün əlaqədar strukturlarla mütəmadi işin təşkilinin təmin edilməsi;
  • Həyata keçirilmiş uçuşlar barədə statistik məlumatların vaxtında toplanması,zərərlə həyata keçirilən reyslərin səbəblərinin araşdırılması və hesabat formasında təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Təhsil: Bakalavr və ya Magistr, (Maliyyə, Mühasibat uçotu və Audit, və digər əlaqəli ixtisaslar üzrə)
  • Dil bilikləri: Azərbaycan dili – Səlis, İngilis dili – Yaxşı, Rus dili – Orta (üstünlükdür)
  • Sertifikatları: ACCA- F2 və F3 olması olması üstünlükdür
  • Microsoft Office bilikləri – MS Excel (əla), MS Word (əla), Power Point (əla),  SQL, PowerBI bilikləri üstünlükdür;
  • İş təcrübəsi – minimum 1 il (Büdcə, maliyyə və idarəetmə hesabatlığı üzrə);
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • Əla ünsiyyət qurma bacarığı.

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında:

  • Son tarix fevral 23, 2025
  • Vakansiya növü Tam ştat