“WhatsApp” messenceri məxfi mesajlarla işləmə qaydalarını dəyişəcək.
İndex.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bundan sonra istifadəçilər yoxa çıxan mesajları yaddaşda saxlaya biləcəklər.
Qeyd olunduğu kimi, bu yenilik istifadəçilərin bir-birinə vacib mesajlar göndərdiyi və onların yox olmasını istəmədiyi hallarda faydalı olacaq. Bunun üçün tərtibatçılar əlaqə məlumatı bölməsinə “Saved Messages” funksiyasını əlavə edəcəklər.
Portal mütəxəssisləri əlavə ediblər ki, yenilənmiş qaydalar həm “WhatsApp”ın kompüter, həm də “Android” və “iOS” versiyalarında işləyəcək.