ABŞ Rusiyadan palladiumun idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-nin Rusiyadan palladium idxalının dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 20 % az olub.

İndex.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ABŞ-nin gömrük məlumatlarına istinadən məlumat yayıb.

Belə ki, 11 ay ərzində ABŞ Rusiyadan 861,9 milyon dollar dəyərində palladium idxal edib. Bu da 1 il əvvələ nisbətən 20,2 % azdır və 2017-ci ildən bəri minimum göstəricidir.