“Renault” “Honda” və “Nissan”ın birləşməsinə reaksiya bildirib

“Honda”, “Nissan” və “Mitsubishi”nin birləşəcəyi ilə bağlı dünənki açıqlama avtomobil dünyasında iz buraxdı.

İndex.az xəbər verir ki, bu birləşmə ilə bağlı “Nissan”ın ən böyük səhmdarı və alyans tərəfdaşı olan “Renault” açıqlama verib.

Məlum olduğu kimi, “Renault” “Nissan” və “Mitsubishi” ilə ittifaqdadır. “Renault” eyni zamanda “Nissan”ın ən böyük səhmdarıdır və birbaşa 17% paya sahibdir.

“Renault” məsələ ilə bağlı açıqlama verərək bütün variantları qiymətləndirdiyini və səhmdarları üçün ən yaxşı yolu seçəcəyini açıqlayıb:

“”Renault” “Nissan” və “Honda” tərəfindən edilən bugünkü elanları təstiq edir. Lakin lahiyə hələ erkən mərhələdədir. “Nissan”ın əsas səhmdarı olaraq, “Renault”un  maraqlarına uyğun bütün variantlar nəzərdən keçiriləcək”.