Fransanın “Belves” futbol klubunun Milad bayramı münasibəti ilə uşaqlara aldığı hədiyyələr oğurlanıb.
İndex.az “RMC Sport”a istinadən xəbər verir ki, cinayətkarlar klubun binasına soxulublar.
Oğrular televizor və içkilərlə yanaşı, klubda məşq edən uşaqlar üçün nəzərdə tutulmuş hədiyyələri də götürüblər. Təxminən 20 gənc futbolçu Milad bayramında sponsorlar tərəfindən ödənilmiş forma və idman geyimləri almalı idilər.
Hazırda uşaqları sevindirmək üçün klubun yenidən öz hesabına hədiyyələr almağı planlaşdırdığı bildirilib.