Azərbaycan aviasiya yanacağını Ukrayna, Rusiya və Belarusa neçəyə satır? – QİYMƏT

Məlum olduğu kimi, Azərbaycan aviasiya yanacağının ixracına görə keçmiş SSRİ ölkələri arasında yalnız Latviyadan geri qalır. Azərbaycanın aviasiya yanacağı satdığı ölkələr arasında hazırda bir-birilə müharibə vəziyyətində olan Ukrayna, Rusiya və Belarus da var.

İndex.az açıqlanan rəsmi məlumatlara istinadən bildir ki, Azərbaycan müharibədən əvvəlki fevral ayı ilə müqayisədə müharibənin davam etdiyi mart ayında Rusiya və Ukraynaya satdığı aviasiya yanacağının miqdarını azaldıb.

Belarusa satılan aviasiya yanacağının miqdarı isə artıb. Yanacağın qiyməti (gömrük dəyəri) isə hər 3 ölkə üçün artıb. Azərbaycan aviasiya yanacağını ən baha qiymətə Rusiyaya, ən ucuz qiymətə isə Ukraynaya satıb. Fevral ayı ilə müqayisədə isə Ukraynaya satılan yanacağın qiyməti daha çox artıb.