Sabah Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə noyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.