“NEQSOL Holding” komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

NEQSOL Holding komplayens sahəsində beynəlxalq standartları və qabaqcıl təcrübələri uğurla tətbiq etməyə davam edir.

İndex.az xəbər verir ki, holdinqin bu istiqamətdə ən mühüm nailiyyətlərindən biri ISO 37001:2016 sertifikatının alınmasıdır, bu isə qaydalara zidd əməllərə qarşı idarəetmə sisteminin (ABMS) effektiv tətbiqini təsdiqləyir. Sertifikat, Böyük Britaniyada yerləşən Lloyd’s Register Group Limited-in bir hissəsi olan LRQA şirkəti tərəfindən uğurlu auditin nəticəsi olaraq təqdim edilib.
“Beynəlxalq komplayens standartları NEQSOL Holding-in biznes fəaliyyətinin müstəsna amilidir. Bu sertifikatın aparıcı beynəlxalq təşkilat tərəfindən təqdim edilməsi holdinqdə komplayens sahəsinin yüksək səviyyədə olmasını, şəffaf biznes fəaliyyətini və tərəfdaşlarla münasibətlərdə müvafiq standartların tətbiqini bir daha əks etdirir,” — deyə NEQSOL Holding-in Korporativ İdarəetmə və Komplayens üzrə Meneceri Nərminə Qardaşxanova bildirib.

ISO 37001:2016 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanıb və hazırda ABMS sahəsində ilk və yeganə beynəlxalq standart hesab olunur. ISO tərəfindən tərtib olunmuş idarəetmə sistemi bu sahə üzrə fəaliyyətin beynəlxalq tələblərə uyğunluğunu təmin edir.

NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Oil Services 2019-cu ildə bu sertifikatı almış Cənubi Qafqazda enerji sahəsində fəaliyyət göstərən ilk şirkət olub, 2020 və 2021-ci illərdə isə sertifikatı uğurla yeniləyib.

NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.