Yeni açıqlanan FED protokolları FED rəsmilərinin önümüzdəki dövrdə mərhələli faiz endiriminin tərəfdarı olduğunu göstərib.
İndex.az xəbər verir ki, FED rəsmilərinin qarşıdakı dövr üçün mərhələli faiz endiriminin tərəfdarı olduğunu göstərən protokollara görə, rəsmilər əmək bazarı risklərinin bir qədər azaldığını ifadə ediblər.
Siyasət dərəcəsinin gözləntilərə uyğun olaraq 25 baz bəndi azaldılaraq 4,50-4,75% aralığına salındığı son iclasın protokollarında, əldə edilən irəliləyişlər sayəsində uçot dərəcələrinin azaldılması ilə bağlı səlahiyyətli şəxslər tərəfindən müzakirələrin aparıldığı göstərilib.