Ankara Çayırhan İstilik Elektrik Stansiyasının mədənçiləri özəlləşdirmə nəticəsində işsiz qalacaqlarından narahat olaraq etiraz aksiyasına başlayıb.
İndex.az xəbər verir ki, Ankaranın Nallıhan qəsəbəsindəki Çayırhan İstilik Elektrik Stansiyasında çalışan 500 mədənçi özəlləşdirməyə qarşı özlərini şaxtaya kilidləyiblər.
Mədənin özəlləşdirilməsi təxminən 1,5 ay əvvəl gündəmdə idi.
Özəlləşdirməyə qarşı çıxan işçilər işsiz qalmaqdan narahatdırlar.