Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları 6.4 milyard dollar əridi

Rusiya Mərkəzi Bankının (Bank Rusiya) xarici valyuta ehtiyatları bir qədər də əriyib.

Banker.az bu barədə Bank Rusiyanın açıqlamasına istinadən xəbər verir.

Belə ki, həftə ərzində 6.4 mlrd. dollar, yaxud 1.1% azalaraq 585.7 mlrd. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ilin əvvəli Rusiya Mərkəzi Bankının strateji valyuta ehtiyatlarının həcmi 630 mlrd. dollardan çox idi.