BVF bu ölkəyə 1,1 milyard dollar ödəyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün kredit proqramının altıncı baxışını tamamlayıb.

İndex.az xəbər verir ki, BVF və Ukrayna 1,1 milyard dollar maliyyələşdirmə barədə razılığa gəliblər.

BVF-nin İcraçı Direktorlar Şurasının təsdiqi şərti ilə Ukrayna 1,1 milyard dollar əldə edə biləcək.

Açıqlamada, son maliyyələşdirmə ilə proqram çərçivəsində ölkəyə edilən ümumi ödənişlərin 9,8 milyard dollara çatacağı və İcra Direktorlar Şurasının qarşıdakı həftələrdə məsələni dəyərləndirməsinin gözlənildiyi bildirilib.