Dünya mediası “Azerçay”ın COP29-da iştirakı ilə bağlı məlumat yayımlayıb.
Çay bitkisinin Azərbaycan kənd təsərrüfatı sahəsində önəmindən, çay mədəniyyətinin tarixindən bəhs olunub. Xüsusilə , xanımların milli geyimdə gələn qonaqlara çay təqdim etmələri beynəlxalq mətbuatda maraqla qarşılanıb.
“Azerçay”ın COP29-da yer alması, Azərbaycanın zəngin çay ənənələrinin dünya miqyasında tanıdılması baxımından əhəmiyyətli bir hadisədir.
Məşhur çay markası, həmçinin, ölkənin çayçılıq sahəsindəki müvəffəqiyyətlərini və bu sahədəki davamlı inkişaf strategiyalarını nümayiş etdirmək məqsədilə tədbir iştirakçıları ilə görüşlər keçirib.
Tədbirdə iştirak edən beynəlxalq mediada, Azərbaycanın çayçılıq sahəsindəki uğurları və bu sahədəki irəliləyişləri geniş şəkildə işıqlandırılıb.
“Azerçay” bu tədbirdə təkcə çay təminatçısı kimi deyil, həm də ekoloji davamlılıq və iqlim dəyişikliyi məsələlərində aktiv iştirakçı kimi tanınıb.
Washingtontimes.com, independent.co, apnews.com kimi qlobal media orqanları “Azerçay” haqqında məlumat bölüşüblər.
Qeyd edək ki, dünyanın 40 ölkəsinə satışı həyata keçirilən adıçəkilən brend xarici istehlakçıların da sevgisini qazanaraq “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.