“Unibank”da yeni təyinat olub

“Unibank” KB rəhbərliyinin qərarı ilə İlkin Cabbarov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.

O, bu təyinatadək “Paşa Bank”da 9 ildən artıq müddətdə kreditlərin anderraytinqi, maliyyə və qeyri-maliyyə risklərinin idarəedilməsi üzrə rəhbər vəzifələrində çalışıb.

Daha əvvəl isə eyni istiqamətlər üzrə “Turan Bank”da 5 il ərzində idarəedici vəzifələrdə fəaliyyət göstərib.

İlkin Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə sahəsində magistr təhsili alıb.