İlhamə Qədimova: “Azərbaycanda 177 min qadın fermerə dövlət dəstək verib”

Azərbaycanda 177 min qadın fermerlərlərin təşəbbüslərinə dövlət tərəfindən dəstək verilib və onların sayı artmaqdadır.

İndex.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 çərçivəsində keçirilən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyi sadəcə olaraq siyasət deyil: “Bu, bir strategiyadır. Bizim gender keyfiyyət strategiyamızda müxtəlif alətlərdən istifadə olunur. Müxtəlif siyasətlər, müxtəlif layihələr bunun arxasında durur. Bununla da biz öz ölkəmizdə gender bərabərliyini təmin etmiş oluruq. Müvafiq olaraq rəhbərliyimiz tərəfindən ortaya qoyulan təşəbbüslər və proqramlar sayəsində onlara dövlət dəstəyini davam etməkdəyik”.

Nazir müavini bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən Harmoniya təşəbbüsü bu dəstəyin beynəlxalq səviyyədə təmin olunmasına imkan yaradacaq: “Harmoniya təşəbbüsü sayəsində rəqəmsallaşmanın ortaya qoyulması ilə gələcəkdə fermerlərin real rejimdə datalara əlçatanlığı təmin olunacaq. Fermerlər bilik və bacarıqların paylanılması sahəsində ən yaxşı təcrübələrə əlçatanlıq baxımından çətinlik çəkirlər. Harmoniya təşəbbüsü həmin boşluğu da aradan qaldıracaq. O eyni zamanda maliyyələşməni əlaqələndirilməsini, məlumat mübadiləsini, beynəlxalq koordinasiyanın, proqramların, təşəbbüslərin bir ara gətirilməsini, əməkdaşlığın gücləndirilməsini təmin edəcək”.