“Real” klubu İspaniya millisinin iki futbolçusunu heyətinə qatmaq istəyir.
İndex.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərə təmsilçisi “Tottenhem”də çıxış edən Pedro Perro və Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in formasını geyinən Emerik Laportla maraqlanır.
“Kral klubu” hər iki müdafiəçini yaxından izləmək üçün İspaniya yığmasının UEFA Millətlər Liqasındakı növbəti iki matçına nümayəndələrini göndərəcək.
Ölkə çempionu qış transfer dönəmində bu oyunçuları almaq niyyətindədir.
“Real”da mərkəz müdafiəçisi Eder Militao və cinah oyunçuları Daniel Karvahal ilə Lukas Vaskes zədələniblər.
Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də Danimarka, üç gün sonra İsveçrə ilə üz-üzə gələcək.