Bu gün Bakının Nərimanov rayonunun bir küçəsinin qaz təchizatında fasilə yaranacaq.
İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, rayonun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.