“Nar” mobil rabitə təlimlərinə davam edir!

Mobil rabitə bazarında sərfəli təklifləri və təhsilə verdiyi önəmlə tanınan “Nar”, ölkədə rəqəmsal biliklərin inkişafını dəstəkləyən layihələrə davam edir. “Nar”ın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, telekommunikasiya ixtisasları üzrə təhsil alan tələbələrə davamlı olaraq “Mobil rabitənin əsasları” təlimi keçilir.

“Nar” texniki heyətinin hazırladığı və keçdiyi bu təlim mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və tələbələrin məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Azərbaycan Texniki Universitetində (AzTU) keçilən budəfəki təlimin mövzuları mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzuları əhatə edib.

Qeyd edək ki, “Nar” Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan “Nar” mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

 “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.