“Google” istifadəçi sayı 2 milyardı keçən ən son platformasını açıqladı

“Google Maps”in aylıq istifadəçilərinin sayının 2 milyardı keçdiyi rəsmən açıqlanıb.

İndex.az xəbər verir ki, aylıq 2 milyarddan çox istifadəçisi olan “Google” məhsulları arasında “Axtarış”, “Gmail”, “Android”, “Chrome”, “Play Store”, “YouTube” və nəhayət “Google Maps” var.

Bütün bu məhsullar/platformalar “Gemini AI” modellərindən istifadə edir. Şirkətin baş direktoru Pichainin açıqlamasına görə, hər gün istifadə etdiyimiz bu “Google” tətbiqləri süni intellektlə hazırlanmağa davam edəcək.