Adnan Oktarın dodaq uçuqladan sərvəti kimə qaldı?

Türkiyədə “Adnan Hoca” adı ilə tanınan və özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.

İndex.az xəbər verir ki, BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə dindirməsi zamanı aylıq 3 min 500 lirə gəliri olduğunu iddia edən Oktarın 1 milyard dollar sərvətinin olduğu üzə çıxıb.

Bildirilib ki, MASAK-ın hesabatında Oktarın ümumi sərvəti 200 milyon dollar kimi qiymətləndirilib.

Maliyyə polisi təşkilata aid bankların, reyestr qeydlərinin və iş yerlərinin dəyərini hesablayarkən, təşkilatın 1 milyard dollarlıq sərvət idarə etdiyi ortaya çıxıb.

Xatırladaq ki, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən cəmi 8 min 463 il 4 ay həbs cəzası verilib.