İşğaldan azad edilən ərazilərdə qadınlar sahibkarlığa cəlb olunur

Regionlarda, xüsusilə işğaldan azad edilən ərazilərdə qadınların sahibkarlığa cəlb olunması prioritetdir.

İndex.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov məlumat verib. Bildirib ki, artıq həmin ərazilərdə infrastruktur layihələri icra olunur və bəzi sahibkarlıq subyektləri işə başlayıb. Orada iş qurmaq istəyən sahibkarlar arasında qadınlar da var.

O. Məmmədovun sözlərinə görə, KOBİA-nın GİZ-lə birgə menecerlərin hazırlanması proqrammından 99 qadın sahibkar faydalanıb.

Agentliyin qadın sahibkarların məhsulların satışına dəstək verdiyini deyən O.Məmmədov əlavə edib ki, sərgilərdə iştirak edən sahibkarların 50%-ə yaxını qadınlar olub.