Fətullah Gülənin ölüm səbəbi açıqlandı

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölümü ilə bağlı müalicə aldığı Amerikada xəstəxanadan açıqlama verilib.

İndex.az xəbər verir ki, “Amerikanın Səsi”nin müxbiri Mehmet Sümerin verdiyi məlumata görə, Gülən təbii səbəblərdən dünyasını dəyişib.

Sosial media hesabından açıqlama verən Mehmet Sümer bu ifadələrdən istifadə edib: “Fətullah Gülənin müalicə olunduğu Müqəddəs Luka Xəstəxanasının həkimlərindən Doktor Duqlas Deglerin Gülənin xəstəxanada müalicə olunduğunu və təbii səbəblərdən dünyasını dəyişdiyini bildirdiyi video yayımlandı. Xəstəxana rəhbərliyi bütün suallarımızı indiyə qədər cavabsız qoydu”.

Dünən dünyasını dəyişən Fətullah Gülənin uzun müddət böyrək çatışmazlığı və şəkər xəstəliyi kimi xroniki səhhətində problemlər olduğu məlum olub. Təşkilat onun ölüm xəbərini gizli saxlamağı müzakirə edib, lakin sonda bunu açıqlamağa qərar verib.