Azerbaijan Airlines
Sosial Media Mütəxəssisi
Son tarix 17 noy 2024 – Müraciət et
Təsvir
Sosial Media Mütəxəssisi sosial media kanallarında şirkətin imicini gücləndirmək və müştərilərlə effektiv ünsiyyət qurmaq üçün məsuliyyəti daşıyacaq. Bu mütəxəssis müasir və yaradıcı yanaşmalarla rəqəmsal kommunikasiya sahəsində strateji planlamadan icraya qədər bütün mərhələlərdə yer alacaq. İşin məqsədi, şirkətin rəqəmsal varlığını inkişaf etdirmək, brend sadiqliyini artırmaq və kommersiya məqsədlərinə çatmaq üçün Dizayn, Marcom, Rəqəmsal Performans komandaları ilə sıx işləməkdir.
İş Öhdəlikləri:
- Sosial media kanalları (Facebook, Instagram, LinkedIn, Twitter və s.) üzrə səhifələrin gündəlik idarə olunması və aktiv şəkildə yenilənməsi;
- Hər bir sosial media platforması üçün fərdi kontent planlarının hazırlanması və uyğun olaraq paylaşımların planlanması;
- Partnyorlar və şirkətin daxili komandaları ilə sıx əməkdaşlıq etmək və inteqrasiya olunmuş kampaniyalar icra etmək;
- Müxtəlif şöbələrdən (xüsusilə satış və müştəri xidmətləri) gələn sorğular əsasında sosial media üzərindəki fəaliyyətləri uyğunlaşdırmaq;
- Aylıq hesabatlar hazırlamaq və hər bir sosial media kanalının nəticələrini qiymətləndirərək təkmilləşdirmək üçün tövsiyələr vermək;
- Həftəlik kontent planlarının tərtib olunması və müvafiq olaraq təsdiqlənməsi üçün rəhbərliyə təqdim edilməsi;
- Aviaşirkət müştəriləri üçün xüsusi sosial media strategiyalarını inkişaf etdirmək və onların brend mesajlarını dəqiq çatdırmaq;
- Sektorda baş verən dəyişikliklər, müştəri tendensiyaları və rəqiblərin təhlili aparmaq;
- Brend qaydalarına riayət olunmasını təmin edərək bütün rəqəmsal kommunikasiya kanallarında uyğunluq yaratmaq;
- Sosial media kampaniyalarının yaradıcı və innovativ ideyalarla dəstəklənməsi, şirkətin rəqəmsal mühitdə mövqeyini gücləndirmək.
Tələblər
- Ali təhsil: Marketinq və oxşar sahə üzrə bakalavr və ya magistr təhsili üstünlükdür;
- Sosial media marketinqi və ya müvafiq sahədə 3 ildən çox təcrübə. Marketinqin əsas prinsiplərinə dair sübut olunmuş təcrübə vacibdir;
- Dil bilikləri: Azərbaycan dili və İngilis dili – əla, (Rus dili – arzuolunan);
- Kompüter bilikləri: Microsoft Office bilikləri;
- Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
- Danışıqların Aparılması Bacarığı;
- Qərar Vermə Bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat Bacarıqları;
- Öyrənmə Qabiliyyəti;
- İşə Uyğunlaşma Qabiliyyəti;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Komandada İşləmə Bacarığı;
- İdarəetmə Bacarığı (rəhbər işçi kateqoriyası üçün);
- Strateji Düşünmə Qabiliyyəti (rəhbər işçi kateqoriyası üçün).
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri – Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında
Son tarix Noyabr 16, 2024
Paylaşılıb Oktyabr 21, 2024
Vakansiya növü Tam ştat