Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib.
İndex.az xəbər verir ki, bunun 83,95 %-i və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,05 %-i və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 755,2 milyon ABŞ dolları və yaxud 5,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6,4 %, AMB-nin valyuta ehtiyatlarında isə 58,2 milyon ABŞ dolları və yaxud 0,5 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 194,1 milyon ABŞ dolları və yaxud 12,55 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 173,6 milyon ABŞ dolları və yaxud 11,1 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 20,5 milyon ABŞ dolları və yaxud 20,6 % artım nümayiş etdirib.