Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 13,1 %-nin müddəti 1 ilə qədər olub.
İndex.az Fonda istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 10 faiz bəndi azdır.
Hesabat dövründə müddəti 1 ildən 3 ilə qədər olan alətlərin payı dəyişməyərək 29,3 % qalıb, 3 ildən 5 ilə qədər olan alətlərin payı 6,3 faiz bəndi artaraq 26,3 %-ə, 5 ildən artıq olan alətlərin payı isə 3,7 faiz bəndi artaraq 31,3 %-ə çatıb.