Maliyyə Nazirliyindən yaxın 4 il üçün əhalinin gəlirləri və xərcləri ilə bağlı – PROQNOZ

2025-ci ildə Azərbaycanda əhalinin gəlirlərinin 90,1 milyard manat, xərclərinin isə 86,5 milyard manat olacağı gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, 2026-cı ildə əhalinin gəlirləri 97,1 milyard manat, xərcləri 93,4 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 104,5 milyard manat, xərcləri 100,4 milyard manat, 2028-ci ildə isə əhalinin gəlirləri 112,5 milyard manat, xərcləri isə 107,9 milyard manat təşkil etməlidir.