ARDNF investisiya portfelində “AAA” reytinqli pul bazarı alətlərinin payını endirib

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 58,9 %-i “AAA” reytinqli olub.

İndex.az Fonda istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 13,9 faiz bəndi azdır.

Əvəzində investisiya portfelində “AA” reytinqli alətlərin payı 15 %-dən 20 %-ə, “A” reytinqli alətlərin payı isə 8,1 %-dən 12,9 %-ə qalxıb.

İl ərzində “BBB” reytinqli alətlərin payı 3,5 %-dən 7,9 %-ə yüksəlib, qeyri-investisiya dərəcəli alətlərin payı isə 0,6 %-dən 0,3 %-ə düşüb.