Neft Fondu qızıl ehtiyatlarını 127 tona çatdırıb

Bu ili oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 50,4 % təşkil edib.

İndex.az Fonda istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-ilə müqayisədə 10,6 faiz bəndi azdır.

Əvəzində investisiya portfelində səhmlərin payı 22,2 %-dən 26,2 %-ə, qızılın payı isə 11 %-dən 17,7 %-ə qalxıb.

İl ərzində daşınmaz əmlakın payı isə 5,8 %-dən 5,7 %-ə düşüb. Hazırda ARDNF-in 127 ton qızıl ehtiyatı var ki, bu da 1 il əvvələ nisbətən 25,2 ton və yaxud 24,8 % çoxdur.