Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1 milyon 983,3 min və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 29,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,4 %-i Rusiya Federasiyası, 16,2 %-i Türkiyə, 9,1 %-i Hindistan, 8,1 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Gürcüstan, 3,3 %-i Qazaxıstan, 2,9 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 % olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 % olmaqla İsrail və Türkmənistan, 1,1 %-i Oman, 1 %-i Belarus, 11,3 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 66,8 %-ini kişilər, 33,2 %-ini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 2 dəfə, Çindən – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,6 dəfə, Qazaxıstandan – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 1,5 dəfə, İordaniyadan – 41,3 %, İrandan – 38,4 %, İtaliyadan – 36,2 %, Polşadan – 35,7 %, Türkmənistandan – 30,2 %, Səudiyyə Ərəbistanından – 28,1 %, Yəməndən – 25,3 %, ABŞ-dan – 21,8 %, Almaniyadan – 21,6 %, Özbəkistandan – 20,8 %, Misirdən – 20,1 %, Rusiyadan – 18,4 %, Ukraynadan – 18,2 %, Türkiyədən – 17,2 %, Fransadan – 17 %, Küveytdən – 16,4 %, Moldovadan – 12,3 %, Tacikistandan – 11,2 %, Gürcüstandan – 10,6 %, Böyük Britaniyadan – 10 %, Bəhreyndən – 10 % artıb.
İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 % artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 % artaraq 748,5 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,8 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.