Milli Məclisin yeni Aparat rəhbəri kimdir? – DOSYE

Hacıyev Fərid Famil oğlu Milli Məclis Aparatının yeni rəhbəri təyin edilib.

İndex.az xəbər verir ki o, bu təyinatadək Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

F. Hacıyev 1989-cu ildə Bakıda anadan olub və orta təhsilini 23 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirən Fərid Hacıyev həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.
2012-ci ildən Milli Məclisdə fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb.

Hazırda o, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən “Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası” layihəsində parlament Aparatını təmsil edir.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.