Gələn il Dövlət Neft Fondundan büdcəyə transfert 1,7 miluard manat artırılır

Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat nəzərdə tutulub.

İndex.az xəbər verir, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu isə 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfertin həcmindən 13,3% və ya 1,7 milyard manat çoxdur.

Qeyd edək ki, bu il üzrə Fonddan dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat müəyyən edilib.