“Trendyol” müştəriləri ən çox nədən şikayət edir?

Ötən il ərzində “Trendyol” müştəriləri ən çox məhsulların çatdırılma müddətinin uzun olmasından şikayət edib.

Index.az xəbər verir ki, bu barədə “Trendyol Qrup”un Beynəlxalq genişlənmə üzrə rəhbəri Irem Çağrı Yılandil məlumat verib.

“Təbii ki, biz də enerjimizin çoxunu bu nöqsanlara yönəltdik və arxada qoyduğumuz müddət ərzində 50%-dən artıq irəliləyişə nail olduq”, – deyə şirkət rəsmisi bildirib.

Irem Çağrı Yılandil əlavə edib ki, şirkət mütəmadi olaraq logistika şirkətləri ilə müştərilərin arasında olan anlaşılmazlıqları da çözməyi qarşısında əsas prioritet kimi qoyub.

“Trendyol Qrup”un Baş icraçı direktoru (CEO) Erdem İnan isə bildirib ki, müştərilərdən gələn şikayətlər tək-tək oxunur və nəzarətdə saxlanılır:

“Məqsədimiz odur ki, müştərilərimizdən gələn şikayətlər ən aşağı səviyyəyə ensin”.