Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 33%-ə yaxın artıb

Bu ilin oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 32,6 % artaraq 20 553-ə çatıb.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin əvvəli ilə müqayisədə isə aktiv vergi ödəyicilərinin sayında 61,8 % artım olub.

Hesabat dövründə qeydiyyatda olan obyektlərin sayı 21,4 %, ƏDV ödəyicilərinin sayı 78,1 %, qeydiyyatda olan onlayn nəzarət kassa aparatlarının sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı 23,6 % artıb.