Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 7 milyon 184 min ABŞ dolları dəyərində xalça idxal edib.
İndex.az bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,5 % çoxdur.
Həmçinin cari ilin sentyabrında Türkiyədən ölkəmizə 1 milyon 784 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 70,8 % artım deməkdir.