
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 19 milyon ABŞ dolları pul köçürülüb.
İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata görə, bu, ötən iln eyni dövrü ilə müqayisədə 31,4% azalıb.
Hesabat dövründə ən çox pul köçürmələri 5 milyon ABŞ dolları olmaqla aprel ayının payına düşüb.
4 ay ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri isə 6,7 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 21,8% çoxdur.
Mənbə – Report