Bakıda ödənişli xidmətlərin dəyəri 4 milyard manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 714 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 583,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 97,2 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 % artaraq 7 milyard 968,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 988,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ini təşkil edib.