FED üzvləri daha çox faiz endirimi etmək istəyir

FED üzvləri daha çox faiz endirimi etmək fikrindədir.

İndex.az xəbər verir ki, həftənin ilk ticarət günündə müxtəlif platformalarda çıxış edən FED rəsmiləri, 50 baz bənd faiz endirimindən sonra iqtisadiyyatın daha da rahatlaşacağına işarə ediblər.

Bazar ertəsi çıxış edən FED-in Çikaqo üzrə sədri Austan Qulsbi, neytral faizdən yüzlərlə bənd uzaqda olduqlarını, bunun da nə məhdudlaşdırıcı, nə də boş siyasət mənasına gəldiyini ifadə edərək, gələcək 12 ayda çoxlu faiz endirimlərinin olacağını proqnozlaşdırıb.

FED-in Atlanta üzrə sədri Rafael Bostic daha ehtiyatlı danışsa da, neytral uçot dərəcələrindən uzaq olduqlarını etiraf edib.