Aİ Ukraynaya 35 milyard avroya qədər kredit verəcək

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Kiyevə səfəri zamanı sosial media platforması X hesabında yazı paylaşıb.

İndex.az xəbər verir ki, von der Leyenin sözlərinə görə, Aİ Rusiyanın dondurulmuş aktivlərinin qaytarılmasını təmin etməklə Ukraynaya 35 milyard avro kredit verəcək.

Rusiyanın Ukraynaya qarşı fasiləsiz hücumlarını davam etdirdiyini bildirən fon der Leyen, Ukraynanın Aİ dəstəyinə ehtiyacı olduğuna diqqət çəkib.