Sinaloa əyalətində “El Çapo” ləqəbli Xoakin Quzmanın oğulları ilə “El Mayo” ləqəbli İsmael Zambada Qarsiyanı dəstəkləyənlər arasında baş verən qarşıdurmaların regional üstünlük uğrunda mübarizə olduğu təxmin edilir.
İndex.az xəbər verir ki, Meksikanın müdafiə naziri Luis Cresencio Sandoval verdiyi açıqlamada qarşıdurmaların sentyabrın 9-da başladığını və həyatını itirənlər arasında iki əsgərin olduğunu bildirib.
Sandoval bildirib ki, Sinaloa əyalətinə 2200 əsgər və milli qvardiya göndərilib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador da ordunun xalqı qoruduğunu və cinayətkar qruplar arasında qarşıdurmaların olmamasını təmin etdiyini müdafiə edib.
Səlahiyyətlilər bildiriblər ki, Sinaloa kartelinə bağlı iki qrup arasında baş verən toqquşmalarda azı 30 nəfər ölüb.
ABŞ-ın baş prokuroru Merrik Qarland iyulun 25-də Quzmanın oğlu Xoakin Qusman Lopez və Qarsiyanın Texasda saxlanıldığını açıqlayıb.
İyulun 27-də hakim qarşısına çıxan Qarsiya həbs edilib.
Quzman ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında açılan cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilib.
2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.