Futbol üzrə maliyyə eksperti Kieran Maquayr “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda şübhəli bilinməsi ilə bağlı danışıb.
İndex.az xəbər verir ki, o, “şəhərlilər”in təqsirli bilinəcəkləri halda 100-ə qədər xallarının silinməsi ehtimalının olduğunu söyləyib:
“Klubun 60-dan 100-ə qədər xal itirəcəyini güman edə bilərik ki, bu da onun Premyer Liqadan aşağı liqaya düşməsi üçün kifayət edəcək. Müstəqil komissiyaya təqdim etmək üçün bütün sübutların mövcud olduğunu fərz etsək, dinləmə 8 həftə ərzində başa çatsa da, proses 3-4 ay çəkə bilər. Çünki qərar 115 ittihamın hər biri üzrə qərar qəbul etməlidir”.
Qeyd edək ki, “Mançester Siti” 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. “Mançester Siti”nin etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir.