Avropa Məhkəməsi “Apple” və “Google”u cərimələyib

Avropa Məhkəməsi “Apple” və “Google” barədə yeni qərarlar qəbul edib.

İndex.az xəbər verir ki, məhkəmə “Apple”in İrlandiyaya 13 milyard avro vergi ödəməli olduğu barədə qərar çıxarıb.

Həmçinin məhkəmənin qəbul etdiyi qərara görə “Google” alış-veriş xidmətində qaydaları pozduğu üçün 2,4 milyard avro dəyərində cərimələlənib.

Bu qərarlar “Apple”in son məhsul təqdimat tədbirindən sonra verilib.